Avropada qazın qiyməti 1200 dolları ötüb

Dünya

12.05.2022 - 18:57

Bir gündə 20 faiz bahalaşma qeydə alınıb

Avropada qazın qiyməti qalxıb. AYNA xəbər verir ki, mayın 12-qazın min kubmetr üçün qiyməti 1200 dollardan baha olub. 

TTF qovşağında iyun fyuçerslərinin qiyməti min kubmetr üçün 1236,3 dollara və ya MVt/saat üçün 114,745 avroya yüksəlib. 

Ümumiyyətlə, gün ərzində qazın qiyməti 20 faizdən çox artıb.

Müəllif: Ayna.az