Bu, son beş ilin analoji dövrlərinin orta göstəricisindən 1,7 faiz azdır
Avropanın yeraltı qaz anbarlarında yanacaq ehtiyatlarının həcmi 60 faizi ötüb. AYNA xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) Assosiasiyasının iyulun 5-nə olan məlumatında qeyd edilib.
Məlumata görə, Avropa anbarlarına vurulan təbii qazın həcmi 60,15 faizə qədər artıb, bu, son beş ilin analoji dövrlərinin orta göstəricisindən 1,7 faiz azdır.
Hazırda anbarlarda 64,6 milyard kubmetr qaz var. 2021-ci ildə bu göstəriciyə yalnız avqustun 9-da nail olunmuşdu. Bundan öncə Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qış mövsümünədək yeraltı qaz anbarlarını ən azı 80 faizə, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizə qədər doldurmağı qərara almışdılar.