Avropada koronavirusa yoluxma hallarının sayı 20 milyonu ötüb

Dünya

09.12.2020 - 04:27

Dünyada təxminən 67,6 milyon insan koronavirusa yoluxub

 

Avropada koronavirusa yoluxma hallarının sayı 20 milyon nəfəri ötüb.

 

AYNA-nın məlumatına görə, bu barədə Avropa ölkələrinin hakimiyyət orqanları tərəfindən verilən rəsmi məlumatlar əsasında hesablama aparan "France-Presse" agentliyi bildirib.

 

Pandemiyanın başlanğıcından bəri dünyada təxminən 67,6 milyon insan koronavirusa yoluxub, 1,5 milyondan çoxu ölüb.

Müəllif: Ayna.az