Temperaturun kəskin artması ilə yaxın günlərdə ölü sayının artacağı istisan edilmir
Avropada isti hava səbəbindən ölənlərin sayı artır. AYNA xarici mediaya istinadən bildirir ki, bir çox Avropa ölkəsində havanın temperaturu 40 dərəcəyə çatıb.
Portuqaliyada iyulun yeddisindən indiyə qədər isti havadan ölənlərin sayı 1065 nəfərə çatıb.
Temperaturun kəskin artması ilə yaxın günlərdə ölü sayının artacağı istisan edilmir. Rəsmilər isti havanın səbəb olduğu 13 bölgədə yanğın olduğunu bildirib. Yanğının yaşayış məntəqələrinə doğru irəlilədiyi deyilir.
İspaniyada isə 10 gündür davam edən isti və quraq havada 500 adam həyatını itirib.