Avropa Komissiyası 13 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edən qanun təklif edəcək
Avropa Komissiyası (AK) 13 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini tamamilə qadağan edən yeni Uşaq Qanunu təklif edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə AK prezidenti Ursula fon der Leyen Avropa Parlamentindəki çıxışı zamanı deyib.
"13 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan olunacaq. 15 yaşdan kiçik uşaqlar üçün şəxsi hesablar qadağan ediləcək", - fon der Leyen bildirib.
O izah edib ki, 13-15 yaş arası uşaqlar üçün yalnız valideynlər və ya qəyyumlar tərəfindən yaradılan və idarə olunan, məhdud funksionallığa və istifadə müddətinə malik mini-hesablara icazə veriləcək.
Təklif ekspertlər və gənclərlə məsləhətləşmələrdən, eləcə də digər ölkələrin təcrübəsinin nəzərdən keçirilməsindən sonra hazırlanıb.