Avropa Məhkəməsi miqrantların Ruandaya deportasiyasına qadağa qoyub

Dünya

15.06.2022 - 20:55

Həkimlər Klinikalar SEO Xidməti

AİHM: Miqrantların Ruandaya göndərilməsi geri dönüşü olmayan risklər yaradacaq

Böyük Britaniyanın müxtəlif ölkələrdən olan miqrantları Ruandaya göndərmək cəhdi baş tutmayıb. AYNA “Le Monde” nəşrinə istinadla xəbər verir ki, mühacirləri Afrika ölkəsinə çatdırmalı olan aviareys Avropa İnsan Hüquqları Məhkəməsinin müdaxiləsindən sonra son anda təxirə salınıb. Qurum deportasiya planının Ruandaya göndəriləcək miqrantlar üçün geriyə dönüşü olmayan risklər yaradacağını deyir.

Qərardan narazı qalan Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi planın həyata keçməsi üçün geri addım atmayacaqlarını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş