Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Dünya

28.03.2025 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

“17-ci sanksiyalar paketi üzərində iş başlayıb, lakin indi erkən mərhələdir”

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci iqtisadi sanksiyalar paketi üzərində işə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “EUObserver” avropalı diplomatlara istinadən yazıb.

“17-ci sanksiyalar paketi üzərində iş başlayıb, lakin indi erkən mərhələdir”, – nəşr diplomatlardan birinin sözlərindən sitat gətirib.

Eyni zamanda, başqa bir mənbə məhdudiyyətlərin qəbulunun vaxtı barədə danışmağın hələ tez olduğunu vurğulayıb.

“Qanun layihəsinin hazırlanması və razılaşdırılması prosesi gecikə bilər. Bundan əlavə, buna Ukraynadakı silahlı münaqişəyə son qoyulması üzrə danışıqlar amili də təsir edə bilər”, - deyə mənbə bildirib.

Bundan əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bəyan etmişdi ki, Aİ liderlərinin Parisdə keçirilən sammiti Rusiyaya qarşı sanksiyalar siyasətinin dəyişməzliyini təsdiqləyib. O, həmçinin qeyd edib ki, Brüssel yaxın gələcəkdə Ukraynaya dəstəyi artırmaq niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş