Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Dünya

26.07.2022 - 17:41

cedabet dərman SEO Xidməti

Aİ Şurası sanksiyaların 31 yanvar 2023-cü ilə qədər uzadılmasına qərar verib

Avropa İttifaqı (Aİ) Ukraynada sabitliyi pozmağa yönəlmiş hərəkətlərə görə Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılması barədə qərar qəbul edib. AYNA xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

"Aİ Şurası bu gün Rusiya Federasiyasının iqtisadiyyatının bəzi sektorlarına qarşı məhdudlaşdırıcı tədbirlərin altı ay müddətinə - 2023-cü il yanvarın 31-dək uzadılması barədə qərar qəbul edib", - məlumatda qeyd edilib.

Bildirilib ki, bu sanksiyalar hazırda maliyyə, enerji, texnologiyalar və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallar üzrə məhdudiyyətlər də daxil olmaqla, geniş sahəvi tədbirlərdən ibarətdir.

Xatırladaq ki, ilk dəfə Rusiyaya qarşı sektoral iqtisadi sanksiyalar 2014-cü il iyulun 31-də Rusiya Federasiyasının Ukraynada vəziyyətin sabitliyini pozmağa yönəlmiş hərəkətlərinə cavab olaraq Avropa İttifaqı tərəfindən tətbiq edilib. Sanksiyalar 2014-cü ilin sentyabrında və 2015-ci ilin martında gücləndirilib.

Bu tədbirlərə Rusiya banklarının və şirkətlərinin Aİ kapital bazarlarına çıxışının məhdudlaşdırılması, Rusiya maliyyə institutlarına maliyyə yardımının qadağan edilməsi daxildir. 

Sanksiyalar həmçinin bütün müdafiə materiallarının birbaşa və dolayı yolla idxalını, ixracını və ya ötürülməsini qadağan edir və Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı malların tədarükünə qadağa qoyur. 

Sanksiyalar eyni zamanda, Rusiyanın enerji sektorunda, xüsusən də neft kəşfiyyatı və hasilatında istifadə oluna bilən bəzi həssas texnologiyalara çıxışını məhdudlaşdırır.

İqtisadi sanksiyalarla yanaşı, Aİ Rusiyaya qarşı digər məhdudlaşdırıcı tədbirləri də tətbiq edir. Xüsusən də buraya Krımın və Sevastopolun ilhaqına, Ukraynanın qəsdən sabitliyini pozmağa cavab olaraq, diplomatik tədbirlər, fərdi sanksiyalar, o cümlədən səyahət qadağaları və hesabların dondurulması, eləcə də Krım və Sevastopolda təsərrüfat subyektlərinə qarşı tətbiq edilən məqsədyönlü iqtisadi tədbirlər daxildir.

Qeyd edək ki, bu il iyulun 20-də Aİ Rusiya Federasiyasından qızıl idxalına qadağa və "Sberbank"ın aktivlərinin dondurulmasını ehtiva edən yeddinci sanksiyalar paketini təsdiqləyib. Həmçinin 50-dən çox fiziki və hüquqi şəxsin sanksiya siyahısına salınmasını nəzərdə tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş