Avropa İttifaqı Rusiyaya qarşı sanksiya paketini yumşalda bilər

Siyasət

09.05.2022 - 20:54

Rusiya neftinin Avropa İttifaqı ölkələrinə məxsus gəmilərlə üçüncü ölkələrə aparılmasına qoyulan qadağa götürülə bilər

Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiya paketini yumşaltmaq istəyir. AYNA xəbər verir ki, bu barədə Bloomberg agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya neftinin Avropa İttifaqı ölkələrinə məxsus gəmilərlə üçüncü ölkələrə aparılmasına qoyulan qadağa götürülə bilər. Qadağanın götürülməsinə ilk növbədə dəniz ticarətindən böyük asılılığı olan Yunanıstanın təkid etdiyi vurğulanır.

Müəllif: Ayna.az