Avropa İttifaqı Gürcüstana çağırış edib

Dünya

02.06.2025 - 15:04

cedabet dərman SEO Xidməti

“Bu repressiv tədbirlər Gürcüstan demokratiyasının əsaslarını və vətəndaşlarının azad və açıq cəmiyyətdə gələcəyini təhdid edir"

“Gürcüstanda xarici agentlərin qeydiyyatı haqqında qanun ölkə demokratiyası üçün ciddi geri addımdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözlər Avropa İttifaqının (Aİ) diplomatiya üzrə ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissar Marta Kosun bazar günü yaydığı birgə bəyanatda əksini tapıb.

"Yayım və qrantlar haqqında son qanunlarla birlikdə, bu, hakimiyyətin müxalifəti boğmağa, azadlıqları məhdudlaşdırmağa və fəallar, vətəndaş cəmiyyəti və müstəqil media üçün məkanı daha da daraltmağa yönəlmiş növbəti aqressiv addımını ifadə edir. Bu repressiv tədbirlər Gürcüstan demokratiyasının əsaslarını və vətəndaşlarının azad və açıq cəmiyyətdə gələcəyini təhdid edir", - bəyanatda qeyd olunub.

Onlar xatırladıblar ki, məhz Gürcüstan hakimiyyətinin hərəkətləri ucbatından Aİ ölkənin Avropaya inteqrasiya prosesini faktiki olaraq dayandırıb.

Aİ rəsmi Tiflisi öz vətəndaşlarının daha güclü demokratiya və insan haqları tələblərini yerinə yetirməyə və qanunsuz həbs edilmiş bütün jurnalistləri, fəalları və siyasətçiləri dərhal azad etməyə çağırıb.

Eyni zamanda, Brüssel Tiflisin “demokratik normaların pozulması ilə bağlı vəziyyəti həll etmək üçün etibarlı addımlar atacağı təqdirdə” Gürcüstanın Aİ-yə üzvlük yolunu bərpa etməyi nəzərdən keçirməyə hazır olduğunu bildirib.

“Bunun üçün məsuliyyət yalnız Gürcüstan hakimiyyətinin üzərinə düşür”, - bəyanatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş