Atletimiz Slovakiyada uğurlu nəticə göstərib

İdman

09.06.2023 - 06:28

Atletimiz uzunluğa tullanma üzrə yarışda 7,80 metrlik göstəriciyə imza atıb

Slovakiyanın Koşitse şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında Azərbaycan atleti Nazim Babayev uğurlu nəticə ilə yadda qalıb.

AYNA xəbər verir ki, atletimiz uzunluğa tullanma üzrə yarışda 7,80 metrlik göstəriciyə imza atıb.

Yekunda yalnız çexiyalı Radek Yuşkadan geri qalan Babayev ikinci yeri tutub.

Müəllif: Ayna.az