ATƏT-in sədri Ukraynaya səfər edəcək

Dünya

09.02.2022 - 17:50

Həkimlər Klinikalar SEO Xidməti

Məqsəd münaqişədən zərər çəkmiş ərazilərdə təhlükəsizlik və humanitar vəziyyəti müşahidə etməkdir

Fevralın 11-də ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Ukraynaya səfər edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, səfərdə məqsəd münaqişədən zərər çəkmiş ərazilərdə təhlükəsizlik və humanitar vəziyyəti müşahidə etməkdir.

Raunun səfəri zamanı Ukraynanın Prezidenti Volodimir Zelenski, xarici işlər naziri Dmitro Kuleba, Baş nazirin müavini İrina Vereşçukla görüşü baş tutacaq.

Danışıqlar zamanı Ukraynadakı proseslər, ölkədə və onun ətrafında böhranın deeskalasiyasına və həllinə töhfə vermək üçün atılan addımlar, ATƏT və Ukrayna arasında əməkdaşlıq müzakirə olunacaq.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş