Yeni müqavilə məşqçiyə 2027-ci ilə qədər London klubunda işləməyə imkan verəcək
"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubu ilə müqaviləsini 3 illik uzadıb. AYNA xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Qeyd edilib ki, Mikel Artetanın əvvəlki müqaviləsi bu mövsümün sonunda bitməli idi, lakin hər iki tərəf hər hansı qeyri-müəyyənliyi aradan qaldırmaq üçün addımlar atıb və müddət üç il uzadılıb.
Yeni müqavilə məşqçiyə 2027-ci ilə qədər London klubunda işləməyə imkan verəcək. İspan çalışdırıcı 2019-cu ildə İngiltərə klubunun başına keçib.
Arsenal 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir. Komanda üç görüşdən yeddi xal toplayıb. “Mançester Siti” 9 xalla birinci yerdədir. Növbəti turda “Arsenal” sentyabrın 15-də “Tottenhem”lə qarşılaşacaq.