Ermənistan Parlamentinin vitse-spikeri bəyanatla çıxış edib
“Ermənistan Azərbaycanla danışıqlara hazırdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
"Bundan başqa, sülh sazişi ilə bağlı müxtəlif layihələr üzərində fikir mübadiləsi aparılır", - vitse-spiker əlavə edib.
Arşakyan Ermənistan XİN-in bəyanatlarına diqqət etməyə çağırıb: “Əlavə şərhə ehtiyac olarsa, XİN şərh verəcək. Ermənistan heç vaxt danışıqlardan yayınmayıb və onun effektiv hesab etdiyi platformada danışıqlarda iştirak edib".