Professor İsveçdə dünyasını dəyişib
Azərbaycan Milli Hərəkatının öncüllərindən biri, professor Arif Rəhimoğlu İsveçdə vəfat edib.
AYNA xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.
Qeyd edək ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Xalq Hərəkatı dönəmində Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub. 20 kitab və 250-dək elmi məqalə müəllifidir. Arif Rəhimoğlu 2003-cü ildə İsveçə mühacirət edib, yaşadığı Yöteburq şəhərində dünyasını dəyişib.