Arestoviç Qərbi ittiham etdi: "Nəticə hanı, cənab nazirlər?"

Dünya

10.06.2022 - 13:52

Həkimlər Klinikalar SEO Xidməti

"Rusiyanı döyüş meydanında məğlub etmək barədə bəyanatların nəticəsi hanı?”

"Hazırda Ukraynanın işğal olunmuş ərazilərində baş verənlərə görə Qərb də məsuliyyət daşıyır". AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. 

"Buçada, Mariupolda, Xersonda baş verənlər üçün məsuliyyət həm də Qərbin üzərindədir. Yaxud da, vətəndaşlarımızın, sadə insanların hər gün zorlandığı və öldürüldüyü bir çox başqa qəsəbələr üçün", - Arestoviç əlavə edib.

Arestoviç ittihamında xatırladıb ki, müdafiə nazirlərinin Ramşteyndə keçiriləcək növbəti toplantısında rekord sayda iştirakçının olacağı gözlənilir: "Son iclaslarında 40-dan çox iştirakçı olub. Soruşmaq istəyirəm: nəticə hanı, cənab nazirlər? Ukraynaya sistemli silah göndərilməsi nə oldu? Ukraynanı dəstəkləmək, Rusiyanı döyüş meydanında məğlub etmək barədə bəyanatların nəticəsi hanı?”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş