Rusiya tərəfindən döyüşən Hayk Qasparyan Ukrayna ordusu tərəfindən məhv edilib
“Arbat” batalyonunun komandiri Hayk Qasparyan ("Abrek") Ukraynadakı müharibədə öldürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiyanın "Astra" nəşri məlumat yayıb.
Erməni əsilli Qasparyan “Vaqner” özəl hərbi şirkətinin keçmiş üzvü olub, Soledar və Baxmut döyüşlərində vuruşub.
Bildirilib ki, Qasparyan Ukraynada döyüşmək üçün həbsxanasından ordu sıralarına cəlb edilib. O silahlı soyğunçuluğa görə yeddi il üç ay müddətinə azadlıqdan məhrum edilib.
“Arbat” batalyonu və ya "Erməni batalyonu" adlandırılan batalyon beynəlxalq “Pyatnaşka” briqadasının bir hissəsidir və 2022-ci ildə Armen Sarkisyan tərəfindən yaradılıb. Sarkisyan özü 2025-ci ilin fevral ayında Moskvadakı "Scarlet Sails" yaşayış kompleksində baş verən partlayışda ölüb.