Bridlav: “Qərb nüvə eskalasiyasından və Avropada müharibənin yayılmasından qorxur”
ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş komandanı Filip Bridlav Ukraynanın qələbəsini Şimali Atlantika Alyansının əsas qorxusu adlandırıb. AYNA xəbər verir ki, general bu barədə “ABC Action News” telekanalına müsahibəsində bildirib.
Bridlavın fikrincə, qorxu Rusiyanın heç vaxt məğlubiyyətlə barışmayacağından qaynaqlanır: “Qərb nüvə eskalasiyasından və Avropada müharibənin yayılmasından qorxur”.
General qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin istifadə etdiyi ritorikanın təsirləri var: “ABŞ bu söz savaşına tab gətirir. Amma belə təsir rıçaqları Kiyevə yardımın məhdudlaşmasına səbəb olub və bu da öz növbəsində Rusiyanın təhlükəsizliyini təmin edir”.
“Biz Ukraynaya kifayət qədər yardım edirik ki, döyüş meydanında məğlub olmasın. Amma məncə, aydındır ki, biz Ukraynaya qələbə üçün lazım olanı vermirik”, – Bridlav əlavə edib.