“Taliban” helikopterin Qarh şəhərində vurulduğunu açıqlayıb
Əfqanıstanda ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində iki Amerika hərbçisi həyatını itirib.
Qəzanın harada baş verdiyi və ölənlərin şəxsiyyəti haqqında hələlik rəsmi məlumat verilməyib.
“Taliban” hərəkatı isə helikopterin Qarh şəhərində, “Taliban” yaraqlıları tərəfindən vurulduğunu açıqlayıb.