Altı uşaqlı ailə nəzarətə götürülüb - <font color=red> VİDEO</font>

Cəmiyyət

28.08.2020 - 14:43

cedabet dərman SEO Xidməti

Ailənin problemlərinin həlli üçün müvafiq tapşırıqlar verilib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllı rayonunun Bizlan kəndində çətin şəraitdə yaşayan altı uşaqlı ailəni nəzarətə götürüb. AYNA xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

 

Bildirilib ki, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ailənin vəziyyətinin qiymətləndirilərək problemlərinin həlli istiqamətində aidiyyəti sosial xidmətlərə yönləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

 

Qeyd edək ki, kənd sakini Reyhan Əliyeva “BBC News” Azərbaycancaya müsahibəsində ailəsinin çətin vəziyyətdə olduğunu, uşaqların gün ərzində yeməyə heç nə tapmadığını bildirmişdi. Altı uşaq anası yaşadıqları evin döşəməsinin torpaqdan olduğunu, uşaqların yemək və geyim çatışmazlığı yaşadığını vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş