Zərərçəkən şəxslərin sayı 4,8 faiz azalaraq 1056 nəfər olub
Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 4,8 faiz azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u yaralanıb.
Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib. Bu hadisələrin 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.