Almatı hava limanında işçini girov götürən şəxs saxlanılıb

Dünya

07.03.2025 - 16:12

Həkimlər Klinikalar SEO Xidməti

Sərnişin mühafizəçiyə bıçaqla hücum edib və onu 7 dəqiqə girov saxlayıb

Almatı Beynəlxalq Hava Limanında sərnişin mühafizəçiyə bıçaqla hücum edib və onu 7 dəqiqə girov saxlayıb. Sonra həmin şəxs saxlanılıb. AYNA.AZ Qazaxıstan mediasına istinadən bildirir ki, bu barədə hava limanından bildirilib.

“Yerli vaxtla saat 11:45 radələrində özünü sərnişin kimi təqdim edən şəxs daxili terminalda uçuşdan əvvəl yoxlama zonasına yaxınlaşıb. Aviasiya təhlükəsizliyi zabitləri kişidən sənədlərini göstərməsini istəyiblər. Buna cavab olaraq o, yoxlama zabitinin saçından tutub və bıçaqla hədələməyə başlayıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, yeddi dəqiqə sonra hücum edən şəxs hava limanının polis bölməsinin əməkdaşları və hava limanının aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş