Meydanda 613 və 29 rəqəmlərini əks etdirən xüsusi şamlar yandırılıb
Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı fləşmob təşkil edilib. Diaspora İş üzrə Dövlət Komitəsindən AYNA-ya bildirilib ki, komitənin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının və Berlin Azərbaycan Evinin təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlin şəhərində Brandenburg qapıları önündə yerləşən Paris meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş maraqlı fləşmob təşkil olunub.
Fləşmob çərçivəsində meydanda Xocalı yazısını, 613 və 29 rəqəmlərini əks etdirən xüsusi şamlar yandırılıb ki, bu da yerli ictimayyətin marağına səbəb olub. Yerli sakinlərə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, Azərbaycan xalqının bu faciəni heç zaman unutmayacağı bildirilib.