Məscidlər ibadətə açılan kimi naməlum şəxslərin hücuma məruz qalıb
Almaniyada yeni növ koronavirusa görə 8 həftəlik fasilədən sonra məscidlər ibadətə yenidən açılıb. AYNA xəbər verir ki, məscidlər ibadətə açılar-açılmaz xoşagəlməz hadisə baş verib.
Belə ki, Köln şəhərində Dini İşlər Türk-İslam Birliyinin (DİTİB) nəzdində yerləşən “Köln Çorweiler” məscidi naməlum şəxslərin hücumuna məruz qalıb.
Səhər saatlarında baş verən hücum məscidin təhlükəsizlik kameralarında əks olunub və kameralarda hücum edənlərin 2 nəfər olduğu görüntülənib.
DİTİB “Korweiler Məscidlər Birliyi”nin sədri İbrahim Altun məscidlərə edilən hücum barədə polisə məlumat verildiyini və istintaq işinin başlandığını bildirib.
Altun təcavüzkarların ən qısa müddətdə tapılmasını və məsuliyyətə cəlb edilməsini gözlədiklərini deyib.