Almaniyada koronavirusa yoluxanların sayı 155 mini ötüb

Dünya

27.04.2020 - 09:15

Ölkədə ümumilikdə 114 mindən çox insan sağalıb

 

Almaniyada koronavirusdan ölənlərin sayı 5,7 min nəfərə çatıb.

 

AYNA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.

 

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 155 mini ötüb.

 

İnstitutun məlumatına görə, Almaniya Federativ Respublikasında (AFR) bir gün ərzində 110 xəstə koronavirusdan ölüb. Bununla da ölümlə nəticələrin halların ümumi sayı 5 750 təşkil edir.

 

Həkimlər bildiriblər ki, pandemiya ərzində virus 155 193 insanda aşkarlanıb. Ölkədə ümumilikdə 114 mindən çox insan sağalıb.

 

Koronavirusa yoluxma hallarının ən böyük sayı Bavariyada (41 070) aşkarlanıb. Şimal Reyn-Vestfaliyada 31 879 nəfər, Baden-Vürtemberqdə 31 043 nəfər COVID-19 infeksiyasına yoluxub. Berlində koronavirusa 5 638 yoluxma qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş