Qadağalar hər 100 min nəfərə 200 yoluxma faktının qeydə alındığı şəhər və rayonlara şamil olunacaq
Almaniya hökuməti ölkədə koronavirusa yoluxma ilə bağlı vəziyyət gərginləşdiyindən karantin rejimini yanvarın 31-dək uzatmaq qərarına gəlib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel açıqlama verib. O bildirib ki, karantin müddətində ötən il dekabrın 16-da qüvvəyə minən qadağalar tətbiq olunacaq.
Qadağalar hər 100 min nəfərə 200 yoluxma faktının qeydə alındığı şəhər və rayonlara şamil olunacaq.
Qeyd edək ki, Almaniyada ticarət mərkəzləri, kafe və restoranlar, teatr və muzeylər, gözəllik salonları bağlıdır. Tədris isə distant formada təşkil olunub.