Təşkilat üzvlərinə qarşı ölkənin müxtəlif ərazilərində əməliyyatlar başlayıb
Almaniyanın Daxili İşlər Nazirliyi (DİN) “Hizbullah”ı terror təşkilatı elan edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, DİN qəfil yaydığı bəyənatda təşkilatın ölkədəki fəaliyyətinə qəti qadağa qoyulduğu deyilir.
Məlumata görə, ölkənin müxtəlif ərazilərində xüsusi polis dəstələri əməliyyat keçirərək, “Hizbullah” üzvlərini saxlayıb. Ölkədə 1050 nəfər təşkilat üzvü olduğu ehtimal edir.
Qeyd edək ki, bu vaxta qədər Almaniya “Hizbullah”ın yalnız hərbi və siyasi qanadını terrorçular olaraq tanıyırdı.