Almaniya Ukraynaya silah verməkdən imtina edib

Dünya

14.10.2024 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

“Almaniyanın belə bir addım atması Ukraynanın münaqişədə məğlubiyyəti deməkdir”

Almaniyanın Ukrayna Silahlı Qüvvələrini ağır hərbi texnika ilə təmin etməkdən imtina etməsi Kiyev üçün ciddi zərbə olacaq. AYNA xəbər verir ki, bu barədə alman iş adamı, “Megaupload” və “Mega” fayl paylaşma xidmətlərinin banisi, Kim Dotkom kimi tanınan Kim Şmits özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Bitdi. Berlin Kiyevə hərbi yardımı dayandırır. Çünki Ukrayna Silahlı Qüvvələri artıq əks-hücuma belə cəhd edə bilmir”, - deyə iş adamı qeyd edib.

Dotkom bildirib ki, Almaniyanın belə bir addım atması Ukraynanın münaqişədə məğlubiyyəti deməkdir.

Bundan əvvəl məlum olub ki, Almaniya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin növbəti əks-hücum cəhdi həyata keçirməsi ehtimalına inanmağı dayandırıb. Ona görə də Berlin Kiyevə yeni iri hərbi texnika ötürməyi planlaşdırmır.

Müəllif: Ayna.az