Almaniya karantin qaydalarını sərtləşdirir

Dünya

25.08.2022 - 07:52

Həkimlər Klinikalar SEO Xidməti

Tibb müəssisələrində peyvənd sertifikatı tələb olunacaq

Almaniya hakimiyyəti yenidən koronavirusa pandemiyası səbəbindən karantin qaydalarını sərtləşdirmək niyyətindədir.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 1-dən bütün ölkə üzrə uzun məsafəli təyyarə və qatarların sərnişinlərindən qoruyucu maska ​​taxmaq tələb olunacaq.

Məlumata görə, tibb müəssisələrində təkcə maskalar yox, həm də peyvənd sertifikatı tələb olunacaq.

Federal Səhiyyə Nazirliyi qeyd edib ki, əyalət hökumətləri öz mülahizələrinə əsasən, yerlərdəki vəziyyətdən asılı olaraq əlavə tələblər tətbiq edə bilər - məsələn, bələdiyyə nəqliyyatında və restoranlarda maskalar, ictimai tədbirlərdə sosial məsafənin qaytarılması.

Qeyd edək ki, Almaniyada bir neçə həftə əvvəl əsasən yaşlılar arasında koronavirusdan ölüm hallarında yeni artım qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş