"Mən Putini Ukraynaya hücumu dayandırmağa və qoşunları Ukrayna ərazisindən çıxarmağa çağırdım”
Almaniya kansleri Olaf Şols “Böyük iyirmilik” (G20) sammitində Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırdığını bildirib.
AYNA-nın xarici mediaya istinadən məlumatına görə, mətbuat konfransında Şols qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 22-də Ukraynadakı müharibə başlayandan bəri ilk dəfə olaraq G20 ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında iştirak edib.
"Mən Putini Ukraynaya hücumu dayandırmağa və qoşunları Ukrayna ərazisindən çıxarmağa çağırdım ki, bu müharibə nəhayət başa çatsın", - Şols deyib.
Qeyd edək ki, Putin G20 sammirində Ukraynadakı xüsusi əməliyyatı şərh edərkən deyib ki, hərbi əməliyyatlar həmişə konkret insanların, konkret ailələrin və bütövlükdə ölkənin faciəsidir. Rusiya lideri əlavə edib ki, “biz bu faciəni necə dayandırmaq barədə düşünməliyik”.