Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Xəbərlər

16.05.2022 - 12:22

7039 subbakalavrdan 5391-nin ərizəsi artıq təsdiq olunub

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların ərizə qəbulu davam edir. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. 

Qeyd edilib ki, bu gün saat 11:00-dək 7039 subbakalavr ərizə verib. Onlardan 5391-nin ərizəsi artıq təsdiq olunub.

Qeyd edək ki, ərizə qəbulu iyulun 1-dək davam edəcək. Ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 27 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də göstərilən tarixədək verilən linkdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir.

Müəllif: Ayna.az