Məleykə Abbaszadə: "III qrup üzrə ilk imtahan mayın 21-də keçiriləcək"
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.
DİM rəhbəri deyib ki, III qrup üzrə ilk imtahan mayın 21-də keçiriləcək: “I qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. İkinci cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək”.
"Bu il və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər", - Abbaszadə qeyd edib.