Alan Bitti: “Avropa İttifaqı Amerika liderinə meydan oxumalıdır”

Dünya

29.05.2025 - 16:36

cedabet dərman SEO Xidməti

“Brüsselin yenidən toparlanmaq və cəsarət toplamaq üçün böyük fürsəti var”

“Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın məhkəmənin onun tətbiq etdiyi ticarət tariflərini bloklamaq qərarı ilə bağlı yaranan zəifliyindən istifadə etməli və Amerika liderinə meydan oxumalıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri amerikalı köşə yazarı Alan Bitti “The Financial Times” (FT) üçün məqaləsində yazıb.

Onun fikrincə, Brüsselin “yenidən toparlanmaq və cəsarət toplamaq üçün böyük fürsəti” var.

Məqalə müəllifi əlavə edib ki, hazırda çantaların və hətta avtomobillərin ixracından daha vacib şeylər risk altındadır. “Söhbət qlobal ticarət sisteminin qorunub saxlanmasından gedir, deyə o izah edib.

Bitti qeyd edib ki, Trampla Amerika məhkəməsi arasındakı qarşıdurmanın nəticəsi gözlənilməz olaraq qalır. Buna baxmayaraq, ticarət tariflərini bloklamaq qərarı, şübhəsiz ki, həftələr və ya aylarla davam edəcək "xaos və çaşqınlıq" doğuracaq.

“Belə bir vəziyyətdə, Aİ üçün ən yaxşı addım ABŞ-la dialoqdan imtina etmək olardı”.

Yazar həmçinin Brüsseli dünyanın digər regionlarındakı ölkələrlə “anti-Tramp sazişləri” bağlamağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş