Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinə yeni rəhbər təyin edilib

Xəbərlər

14.05.2022 - 13:15

Tural Gəncəliyev nümayəndə heyətinin rəhbəri kimi mayın 16-da Brüsselə səfər edəcək

Tural Gəncəliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin edilib. AYNA-nın xəbərinə görə, Tural Gəncəliyev bu vəzifədə Cavanşir Feyziyevi əvəzləyib.

Tural Gəncəliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri kimi mayın 16-da Brüsselə səfər edəcək, Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Müəllif: Ayna.az