Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib
Ağstafa rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir ailənin 3 üzvü - Dağ Kəsəmən sakinləri - Z.Həsənov və həyat yoldaşı, həmçinin 13 yaşlı övladı Ə.Həsənov müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.