Ağdamda ağır yol qəzasında iki nəfər xəsarət alıb

Xəbərlər

27.06.2023 - 02:05

cedabet dərman SEO Xidməti

Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu Çəmənli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən AYNA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı minik avtomobili “Ford” markalı furqona çırpılıb, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş