Toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 22-ci məhəllədə ağacların kəsilməsi faktı müəyyən edilib.
AYNA-nın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Zahid Əliyev tərəfindən kəsildiyi və təbiətə 4 min 320 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.