Ağac kəsilməsi faktlarına görə 10 cinayət işi başladılıb

Xəbərlər

11.04.2022 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda təbiətə 200 min manatlıq ziyan vurulub

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Ağdaş, Bərdə, İmişli, İsmayıllı, Oğuz və Qax rayonlarının ərazilərində qanunsuz ağac kəsmə faktına görə 10 cinayət işi başlanılıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə yaşıllıqların və meşə fonduna daxil olmayan ağacların kəsilməsi nəticəsində təbiətə 200 min manat həcmində ziyanın dəyməsi müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş