Ağ Ev və Pentaqon Trampın andiçməsinədək Ukraynaya yardım edəcək

Dünya

08.11.2024 - 14:11

Həkimlər Klinikalar SEO Xidməti

“Bu administrasiyanın səlahiyyət müddəti başa çatana qədər Ukraynaya yardım paketlərinin ayrılması davam edəcək"

ABŞ 2025-ci ilin yanvarında Donald Trampın andiçmə mərasiminə qədər Ukraynaya yardım paketlərini verməyə davam edəcək. AYNA “Axios”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

"Yaxın həftələrdə, bu administrasiyanın səlahiyyət müddəti başa çatana qədər Ukraynaya yardım paketlərinin ayrılması davam edəcək", deyə qeyd edib.

ABŞ-ın Ukraynaya humanitar, hərbi və iqtisadi yardım üçün on milyardlarla dollar ayırdığı bildirilib.

Müəllif: Ayna.az