"Aeroflot" Azərbaycana uçuşları bərpa edir

Xəbərlər

15.03.2022 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

Uçuşlar martın 21-də bərpa olunacaq

Rusiyanın ən böyük aviaşirkəti "Aeroflot" Azərbaycana müntəzəm uçuşları bərpa edir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, uçuşlar martın 21-də bərpa olunacaq.

Xatırladaq ki, martın 5-də "Aeroflot" martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş