Qrossi: "AEBA Ukraynanı dəstəkləməyə davam edəcək"
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş katibi Rafael Qrossi Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
AYNA xəbər verir ki, görüş AEBA- nın Baş katibinin Ukraynaya səfəri çərçivəsində baş tutub.
"Ukraynanın nüvə obyektlərində təhlükəsizliklə bağlı hərtərəfli müzakirə üçün Prezident Zelenski ilə görüşməkdən şərəf duyuram. Mən onu əmin etdim ki, AEBA Ukraynanı dəstəkləməyə davam edəcək", - Qrossi bildirib.
Qeyd edək ki, Rafael Qrossi Ukraynaya səfəri çərçivəsində Çernobıl AES-də də olub.