“Abzas Media”nın baş redaktoru saxlanılıb

Xəbərlər

21.11.2023 - 11:33

cedabet dərman SEO Xidməti

Sevinc Vaqifqızının evində axtarış aparılıb

“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb. AYNA xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

Qeyd edək ki, ötən gün "Abzas Media" saytının rəhbəri Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib. Həsənli barəsində Cinayət Məcəlləsinin (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş