Abşeronda qanunsuz tikililər sökülüb

Xəbərlər

03.11.2023 - 12:38

cedabet dərman SEO Xidməti

Aşağı Güzdək və Novxanıda icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi və Novxanı kəndi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş