ABŞ və Ukrayna nümayəndələri Ər-Riyadda danışıqlar aparacaqlar

Dünya

07.03.2025 - 09:45

Həkimlər Klinikalar SEO Xidməti

Amerika rəsmiləri martın 11-də Səudiyyə Ərəbistanına səfər edəcəklər

ABŞ nümayəndə heyəti Səudiyyə Ərəbistanına gedəcək və orada Ukrayna nümayəndələri ilə görüşəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News”un əməkdaşı Jak Henrix sosial media hesabında yazıb.

“ABŞ Prezidenti Donald Trampın komandasının nümayəndələri, dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiven Vitkoff və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals çərşənbə axşamı - 11 martda ukraynalılarla, o cümlədən Zelenski ofisinin rəhbəri ilə görüşmək üçün Ər-Riyada səfər edəcəklər”, - jurnalist bildirib.

“Axios”un müxbiri Barak Ravid də mənbələrə istinadən xəbər verir ki, Amerika-Ukrayna danışıqları çərşənbə günü, martın 12-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutacaq.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqton və Kiyev nümayəndələri arasında gələn həftə görüşün keçiriləcəyini açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş