Ukraynaya hərbi yardımlar davam etdirilir
ABŞ Ukraynaya daha 1,3 milyard dollarlıq hərbi yardım paketi təqdim edib.
AYNA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yardım paketinə dörd NASAMS hava hücumundan müdafiə sistemi, “Phoenix Ghost” kamikadze dronları, “Switchblade” sursatları, minalardan təmizləmə və dron əleyhinə sistemlər və döyüş sursatları daxildir. Bu silahlar ABŞ tərəfindən sonradan Ukraynaya təhvil verilməsi üçün istehsalçılardan və ya tərəfdaşlardan alınacaq.