ABŞ Ukraynaya F-16 tədarük etməyi planlaşdırmadığını bildirib

Dünya

18.05.2023 - 01:50

Ceyk Sallivan: “Bu gün F-16 ilə bağlı heç bir xəbərim yoxdur”

ABŞ-ın Ukraynaya F-16 döyüş təyyarələri verməmək qərarı dəyişməyib.

AYNA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

“Bu gün F-16 ilə bağlı heç bir xəbərim yoxdur”, - deyə o bildirib.

Xatırladaq ki, Niderlandın baş naziri Mark Rutten mayın 9-da ölkəsinin, Birləşmiş Krallıq, Danimarka və ABŞ-ın F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi imkanını müzakirə etdiyini açıqlamışdı.

Müəllif: Ayna.az