Blinken bu qərarı alqışladıqlarını bildirilib
ABŞ Yens Stoltenberqin NATO Baş katibi kimi səlahiyyət müddətinin uzadılmasını təqdir edib.
AYNA xəbər verir ki, bununla bağlı ABŞ dövlət katibi Entoni Blinken "Twitter"də bildirib.
"Biz Alyansın Yens Stoltenberqin NATO Baş katibi kimi səlahiyyət müddətini uzatmaq qərarını alqışlayırıq. Tarixin bu kritik anında NATO-nu gücləndirmək üçün qarşımızda vacib işlər var", - Blinken qeyd edib.