ABŞ səfiri Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Xəbərlər

26.02.2024 - 12:08

cedabet dərman SEO Xidməti

Mark Libby Azərbaycan xalqına başsağlığı verib

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" hesabında paylaşım edilib.

“Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur", - deyə səfir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş