ABŞ qoşunlarının bir hissəsini Avropadan Latın Amerikasına köçürə bilər

Dünya

05.10.2026 - 15:20

"Biz, şübhəsiz ki, tərəfdaşlarımız vasitəsilə Mərkəzi və Cənubi Amerikadakı mövcudluğumuzu və təsirimizi genişləndiririk”

ABŞ narkotik kartellərinə qarşı əməliyyatları genişləndirmək üçün Avropadakı bəzi qoşunlarını Cənubi və Mərkəzi Amerikaya köçürə bilər. AYNA.AZ "The Hill" qəzetinə istinadən bildirir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset deyib.

"Biz, şübhəsiz ki, tərəfdaşlarımız vasitəsilə Mərkəzi və Cənubi Amerikadakı mövcudluğumuzu və təsirimizi genişləndiririk. Bunu etdikcə, bu imkanların bir hissəsi başqa yerə və ya ölkəyə keçəcək", - deyə qeyd edib.

Müdafiə naziri əlavə edib ki, bu sahədə strategiyanın hazırlanması "ABŞ-ın Avropada daha çox yükün bölüşdürülməsini istədiyini açıq şəkildə nümayiş etdirib".

Heqset həmçinin qeyd edib ki, Vaşinqton hazırda Honduras, Qvatemala, Panama və Ekvadorla münasibətlər qurur və narkotik kartelləri ilə mübarizə aparmaq üçün birgə əməliyyatlar hazırlayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş