Gömrük və Sərhəd Mühafizəsi “CBP Home” mobil proqramının ictimaiyyətə açıq olduğunu elan edib
ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti smartfonlar üçün Amerikadakı qeyri-qanuni mühacirlərə ABŞ-ı könüllü olaraq tərk etməyə imkan verəcək “CBP Home” proqramını təqdim edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə CBP-nin saytında qeyd edilib.
“Bu gün ABŞ Gömrük və Sərhəd Mühafizəsi “CBP Home” mobil proqramının ictimaiyyətə açıq olduğunu elan etdi. Tətbiqin yeni funksiyası var – ölkəni tərk etmək niyyəti”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, bu xüsusiyyət qeyri-qanuni miqrantların ABŞ-ı tərk etmək niyyəti barədə ABŞ hökumətinə “könüllü bildiriş prosesi”ni müəyyənləşdirməyə kömək edəcək.